‘İrşad Telekom’un keçirdiyi yalançı kampaniya dayandırıldı

‘İrşad Telekom’un keçirdiyi yalançı kampaniya dayandırıldı
Bütün Xəbərlər
11:00 27.12.2013
3902

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) keçirdiyi nəzarət tədbirləri nəticəsində "İrşad-İ.R." MMC tərəfindən "Möhtəşəm kredit kampaniyasının iştirakçısı ol - Kubaya səyahət qazan" adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.

QKDK-nin İctimaiyyətlə əlaqələr sektorundan AZXEBER.COM-a daxil olan xəbərə görə, bununla əlaqədar, keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib. QKDK "İrşad Telekom" ticarət şəbəkəsində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

OXŞAR XƏBƏRLƏR