İş adamını nişanlısının yanında güllələdilər - FOTO

İş adamını nişanlısının yanında güllələdilər - FOTO
SOSİAL
12:42 13.09.2016
7166

Nişanlısı ölsə də özü sağ qaldı

AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyədə baş verib. Avtomobil satışı ilə məşğul olan Barış Kösa nişanlısı ilə birlikdə qohumlarını ziyarət ediblər. İddiaya görə Barış Kösa küçədə ona sataşan Əli.A adlı biri ilə mübahisə edib.

Mübahisəyə son verib yanında qız olduğunu, daha sonra geri qayıdacağını deyən Barış.K avtomobilinə əyləşib. Bu zaman Əli.A tüfənklə maşına atəş açmağa başlayıb.

Ağır güllə yarası alan Kösa xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı avtomobildə olan nişanlısı bir güllə yarası belə almadan, sağ qurtula bilib.

Cinayəti törədən Əli.A özü polisə gedərək təslim olub. Tərəflər arasında mübahisənin konkret səbəbi hələlik məlum deyil.

Qızılgül

OXŞAR XƏBƏRLƏR