İş adamının oğlu faciəvi şəkildə öldü

HADİSƏ
23:01 28.01.2024
985
İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.

AZXEBER.COM-un report.az-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən "Sarısu" gölündə baş verib.

İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu "Sarısu" gölündə ov edən zaman qayıq aşıb.

Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, E.Astanov İmişli yol istismar idarəsinin müdiridi.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR