İş vaxtı istirahət edən polis rəisi işdən çıxarıldı

İş vaxtı istirahət edən polis rəisi işdən çıxarıldı
Bütün Xəbərlər
12:00 30.01.2015
1186

DİN məlumatı təsdiqlədi.

Bakıda rəis müavini işdən çıxarılıb.AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarından Report-a daxil olan məlumata görə, Xətai rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsinin (PB) rəis müavini polis mayoru Bəhruz Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Belə ki, B.Əliyev bölmənin rəisi Vidadi Qurbanov məzuniyyətdə olduğu müddətdə xidmət yerini özbaşına tərk edərək xarici ölkələrdən birinə istirahətə yollanıb.

Daxili İşlər Nazirliyi (DİN) və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məsələdən xəbərdar olan kimiB.Əliyev vəzifəsindən azad olunub.

Artıq 36-cı bölməyə yeni rəis müavini də təyin edilib.

Belə ki, buna qədər 31-ci PB-də eyni vəzifədə çalışan Anar Həbibzadə, 36-cı PB-nin rəis müavini vəzifəsinə təyinat alıb.

DİN-in mətbuat xidməti B.Əliyevin sərəncama göndərildiyini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR