İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Növbəti mərhələ başlayır

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Növbəti mərhələ başlayır
SOSİAL
22:21 24.09.2026
133
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Məlumata görə, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Qeyd edək ki, 28-29 sentyabr tarixlərində təşkil olunacaq prosesdə sənədlərin yoxlanılması mərhələsində 288 nəfər müəllimin iştirakı nəzərdə tutulur.

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.
OXŞAR XƏBƏRLƏR