"İş yoldaşlarım "tiktok"dan link atırlar, girib baxıram" - Deputat

"İş yoldaşlarım "tiktok"dan link atırlar, girib baxıram" - Deputat
SİYASƏT
15:15 03.08.2022
2800
TikTokun bağlanılmasının, TikTok üçün məhdudlaşdırıcı tədbirlərin görülməsinin əleyhinəyəm. Bu, yolverilməzdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, qeyd edib ki, hər bir sosial şəbəkə zaman keçdikcə normal mühitə çevrilir:

"Biz tarixə nəzər salsaq, feysbuk da, instaqram da Azərbaycanda populyarlıq qazananda orada da çox səviyyəsiz məlumatlar paylaşılırdı. İnsanlar feysbuka, instaqrama girirdilər ki, guya orada kiminləsə tanış olsunlar, əxlaqsızlıqla məşğul olsunlar, özləri ilə bağlı paylaşımlar etsinlər. Yəni, o platformalardan da çox səviyyəsiz bir şəkildə istifadə olunurdu. Bütün sosial şəbəkələr bu şəkildə başlayıb. Sonradan düzəliş baş verir, normal mühitə çevrilir. Bu prosesi bütün sosial şəbəkələr keçib. TikTok da yeni bir mərhələyə qədəm qoyacaq. O mərhələyə ki, səviyyəli bir sosial şəbəkəyə çevriləcək. TikTok bütün gənclər arasında, məktəb yaşlı uşaqlar arasında populyar olduğundan, hər kəs üşün video çəkib paylaşmaq daha asan olduğundan belə bir vəziyyət yaranır. Biz bunu əsas gətirib TikToku bağlasaq, onda gərək feysbuku da, instaqramı da bağlayaq. Yutubda ahıl kişilər adını bloger qoyub, adını fərqli fikir daşıyıcısı qoyub Azərbaycan xalqını da təhqir edirlər, vəzifəli şəxsləri də təhqir edirlər. Ən pis söyüşlər söyürlər. Heç onlar yutub sosial şəbəkəsindən silinmir. O cür yaramazların vurduğu ziyan TikTokda vurulan ziyandan milyon dəfələrlə çoxdur. Ümumilikdə, problem sosila şəbəkələrin tənzimlənməməsidir. Bu da insanların oraya kütləvi axını ilə bağlıdır. Hər kəsin yazdığı məzmuna görə, konkret məsuliyyəti müəyyən olunmalıdır, yazdığına görə, qanun qarşısında cavab verməlidir. Amma Tiktoku bağlamaq, məhdudlaşdırmaq doğru yol deyil”.

R.Nurullayev bildirib ki, sosial şəbəkələrdə qanun pozan şəxslər barəsində tədbirlər görülməlidir:

"İstənilən sosial şəbəkədə orada qanunu pozan paylaşımlar edən şəxslərlə bağlı müvafiq addımlar atılmalıdır. Bununla da bağlı media vasitəsilə ictimai rəy də formalaşdırılmalıdır ki, kim qanun pozuntusuna yol verəcəksə, onunla bağlı ciddi tədbir görüləcək”.  

"Mən TikTokda hesab açmışam, amma mütəmadi istifadə etmirəm. Mənə dostlar, tanışlar, iş yoldaşları TikTokdan linklər atırlar, o zaman daxil olub baxıram. Amma ümumi olaraq TikToka girim, orada vaxt keçirim, bu, olmur”, deyə deputat əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
15:47 08.11.2026
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var