Isa Qəmbər: "Türkiyə xalqını möhtəşəm demokratik seçki münasibətilə ürəkdən təbrik edirəm"

Isa Qəmbər: "Türkiyə xalqını möhtəşəm demokratik seçki münasibətilə ürəkdən təbrik edirəm"
Bütün Xəbərlər
06:30 13.06.2011
1591
Müsavat başqanı İsa Qəmbər Türkiydəki "12 iyun 2011 Parlament Seçkiləri"ni şərh edib. Müsavat başqanı proseslə bağlı ilkin tezislərini belə ifadə etmişdir: 

"1. Türkiyə xalqını möhtəşəm demokratik seçki, AK Partini qələbə, CHP-ni millət vəkillərinin sayını artırması, MHP-ni bütün çətinliklərə, basqılara rəğmən TBMM-də qalmaq münasibəti ilə təbrik edirəm.

2. Türkiyədə növbəti dəfə azad və ədalətli seçkilər keçirildi. Bununla da növbəti dəfə həm demokratiyanın İslam dünyasına uyğun olmadığını söyləyən konservativ İslam mütəxəssislərinin, həm müsəlmanların demokratiyaya qadir olmadığını deyən konservativ Qərb analitiklərinin, əslində həm də Azərbaycan xalqının azad seçkilərə hazır olmadığını iddia edən bəzi Azərbaycan iqtidar mənsublarının yanlış mövqeyinə zərbə vuruldu.

3. AK Parti böyük uğur qazandı. 9 il iqtidarda olan bir siyasi qüvvə üçün 3-cü dəfə seçkilərdə belə uğur qazanmaq çox ciddi göstəricidir. Türkiyənin bütün siyasi qüvvələri bu mövzuda əsaslı düşünməlidirlər.

4. AK Parti təkpartiyalı hökumət qura bilsə də, Türkiyədə ciddi islahatlar məqsədi ilə digər siyasi qüvvələrlə anlaşma şəraitində çalışmalı olacaq. Bu istər demokratiyanın təminatı baxımından, istərsə də Türkiyənin birliyi, bütünlüyü baxımından bir üstünlük kimi qiymətləndirilməlidir.

5. Bir neçə saat bundan əvvəl mən TWITTER-də İsveç xarici işlər naziri Karl Bildtin fikrini oxudum. Yazırdı ki, (Key European election: 50 million Turks to the polls today. Hope result will pave way for new wave of reforms. Key country for our future.) “Türkiyə bizim (yəni Avropanın) gələcəyimiz üçün açar ölkədir”. Bu bir həqiqətdir. Təkcə Avropa üçün deyil, Yaxın Şərq və bizim region üçün də, Azərbaycan üçün də Türkiyə və bu ölkədəki seçkilər həddindən artıq önəmlidir. Biz bunun təsirini görəcəyik". 

/// deyerler.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib