İsa Qəmbər sözünü dedi: “Başqanlığa namizəd olmayacağam”

İsa Qəmbər sözünü dedi: “Başqanlığa namizəd olmayacağam”
Bütün Xəbərlər
15:58 16.01.2012
1070
Müsavat Partiyasının mart ayına təyin edilən qurultayında başqan postuna yenə də İsa Qəmbərin seçilə biləcəyi haqda partiyanın Məclis sədri Arzu Səmədbəylinin açıqlaması maraq doğurub. Xatırladaq ki, Arzu Səmədbəyli partiyada İ.Qəmbərdən başqa üzvlərin əksəriyyətinin qəbul etdiyi ikinci liderin olmadığını deyib. Onun fikrincə, bir nəfərin iki dəfədən artıq başqan seçilməsini qadağan edən Nizamnamə maddəsi qurultayda dəyişidirilə və İ.Qəmbər yenidən bu posta seçilə bilər.İsa Qəmbər Məclis sədrinin fikirlərinə münasibət bildirib. “Azadlıq” qəzetinə açıqlamasında İ.Qəmbər iki müddətdən artıq partiyanın başqanı vəzifəsində qalmayacağı və budəfəki qurultayda başqanlığa namizədliyini irəli sürməyəcəyi haqda bundan əvvəl dəfələrlə təkrarladığı mövqeyində qaldığını bildirib.“Bu mövzuda dəfələrlə danışmışam, hərçənd bu istiqamətdə müzakirələrin dayanması üçün birinci açıqlamam kifayət etməli idi” deyən İ.Qəmbər bildirib ki, “bununla belə partiyanın hər bir üzvünün öz fikrini ifadə etmək hüququ var”.
OXŞAR XƏBƏRLƏR