İsa Qəmbər və Əli Kərimli siyasətdə uduzmuş adamlardır - TƏHLİL

İsa Qəmbər və Əli Kərimli siyasətdə uduzmuş adamlardır -  TƏHLİL
SİYASƏT
12:51 24.06.2013
1964

Buna görə də "Milli Şura"da da müxalifətdaxili ziddiyyətlər daha da kəskinləşib

İyunun 21-də ilk sessiyasını keçirən "Milli Şura"da ciddi probemlərin olduğu bir daha ortaya çıxdı. Qondarma qurumun 50 üzvünün ilk sessiyaya qatılmaması, "vahid namizəd" məsələsinin uzadılması parçalanmanın əsasını qoydu. Artıq hər kəsə bəllidir ki, "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyincə, "vahid namizəd" məsələsi həll olunmayacaq. Kinorejissor isə mətbuata müsahibəsində qeyd edib ki, qayıdacağı tarix iyulun 1-də ola bilər. R.İbrahimbəyov dönəcəyi halda qurumun "vahid namizəd" məsələsi müzakirəyə çıxarılacaq və yəqin ki, İsa Qəmbərlə, Əli Kərimli çoxluğun qərarına tabe olacaqlar. Artıq geriyə dönüş yoxdur. Onlar ya çoxluğa tabe olub R.İbahimbəyovun namizədliyini dəstəkləyəcəklər, ya da "Milli Şura"nı tərk edərək yenidən ayrı-ayrılıqda seçkiyə qatılacaqlar. "Milli Şura"da müxalifətdaxili ziddiyyətlər də kəskinləşib. Əli Kərimlinin "İsa bəylə çiyin-çiyinə addımlayırıq" deməsinə rəğmən AXCP və Müsavat arasında olduqca kəskin qarşıdurma var. AXCP mənsubları müsavatçıları "ölkə müxalifətini parçalamaqda və yalnız öz məqsədlərini güdmək"də, müsavatçılar isə öz növbələrində AXCP-ni "təslimçilik və mənafelərin təminatına aludə olmaq"da suçlayırlar. Hətta Müsavat funksioneri Arif Hacılı da İsa Qəmbərə qarşı çıxıbdır. Partiyanın Mərkəzi İcra Aparatı rəhbərinin iddiasına görə İsa Qəmbər partiyanın prezidentliyə namizədinin Rüstəm İbrahimbəyov olduğunu deməyib: "Bu nəzəri bir fikirdir. Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. "Milli Şura"nın əleyhinə çıxan ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bu qurumun əleyhinə tək mən çıxmıram. "İctimai Palata"da baş verən hadisəyə aydınlıq gətirərkən isə bildirib ki, orada həqiqətən əlbəyaxa döyüş olub. "Adamlar bir-birinin başına qab atıblar. Dalaşanları ayırmaq istəyən Əli Kərimlinin başına tort qabını çırpıblar. İslam Partiyası da bəyanat verib ki, oradan çıxmağa hazırlaşır, İsa Qəmbər də birmənalı yanaşmadığını deyib". Bütün bu hadisələr müxalifət daxilində baş verən hadisələrin daha da gərginləşməsindən xəbər verir. Hazırda isə "Milli Şura"da reneqat Eldar Namazovun hegemonluğu davam edir. Bu vəziyyətdən istifadə edən E.Namazov istədiyi prosesi həyata keçirir. İyunun 21-də keçirilən iclasda yaradılan 17 komissiya da reneqatların təkidi əsasında reallaşıb. Bu səbəbdən də toplantıda ciddi narazılıq yaranıb. "Ziyalılar Forumu"nun təsisçilərindən olan professor Cəmil Həsənli ilə reneqat Eldar Namazov arasında mübahisə düşüb. C.Həsənli komissyaların çoxluğundan şikayət edib və bir neçə nəfər də onu müdafiə eləyib. Lakin sonda E.Namazovun verdiyi qərarlar əsas götürülüb. ACP sədri Sülhəddin Əkbər isə qurumu tərk edəcəyini açıqlayıb. O bildirib ki, "Milli Şura" öz qərarlarına hörmətsizlik edir: "Biz bir az öncə qəbul etdiyimiz qərarı indi yenidən təxirə salır, yaxud dəyişirik. Belə olmaz, sonra o komissiyaların tərkibinə daxil edilən, özünə hörmət edən adamlar orada olmaqdan imtina edəcəklər". Quruma üzvülük məsələsində də S.Əkbər etiraz edib. Partiya sədrinin baş verən hadisələrə bu cür münasibəti göstərir ki, "Milli Şura"da hələ çox qərarlar dəyişəcək və bu qondarma qurumu bir çox adamlar tərk edəcəklər. Qeyd edək ki, ilk sessiyada qurumun üzvlərinin sayı 131 olub. Ancaq maraqlıdır ki, ilk iclasda 50 nəfərin iştirak etməməsi heç kimi narahat etməmiş kimi gündəmə belə gətirilməyib. "Milli Şura"nın "vahid namizəd" məsələsi hələ həll olunmayıb. R.İbrahimbəyovun Azərbaycana qayıdaraq "vahid namizəd" olması isə gözləniləndir. Çünki "Milli Şura"da" təmsil olunanların əksəriyyəti R.İbrahimbəyovun "vahid namizəd" olmasını dəstəkləyir. "Azərbaycan" qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək