"İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına əminəm" - Elmar Məmmədyarov

"İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına əminəm" - Elmar Məmmədyarov
SİYASƏT
14:21 31.01.2017
832

 

"Bu, yalnız ilk addımdır. İşğal olunmuş bütün kəndlərin geri qaytarılacağına və bərpa olunacağına əminəm”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov brifinqdə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin azad edilməsi məsələsinə şərh verərkən bildirib.

O, kəndlərin bərpası ilə ilk növbədə Azərbaycan hökumətinin məşğul olacağını, sonradan bu prosesə beynəlxalq təşkilatların da qoşula biləcəyini bildirib. "İlk öncə onları hansı formada bu prosesə cəlb etmək lazım olduğunu bilməliyik”, - deyə XİN başçısı vurğulayıb.


//Report
OXŞAR XƏBƏRLƏR