İşğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq

İşğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq
SİYASƏT
12:13 28.08.2013
1579

Sentyabrın 2-də Avropa Şurasının Büro iclasında 18 Avropa ölkəsini təmsil edən 45 deputatın imzası ilə Ermənistan tərəfindən işğal olunmuş Sərsəng su anbarına dair qətnamə layihəsinə baxılacaq. 

APA-nın məlumatına görə, bununla əlaqədar, AVCİYA prezidenti, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü Elxan Süleymanov AŞPA prezidenti Jan Klod Minyon, AŞPA baş katibi Voyçex Saviski (Woyciech Sawicki) və AŞPA Büro üzvlərinə məktub ünvanlayıb. 

Məktubda deyilir: “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlayıb.

Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Ermənistanın silahlı təcavüzü və işğalından əvvəl Sərsəng su anbarından kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 7 rayonunun ərazilərindəki əkin sahələri suvarılırdı. 

Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və bunun nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olduğu 20 ildən artıq müddət ərzində texniki qurğular və avadanlıqlar baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib, bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. 

Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 000 mülki əhalinin həyatı kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Odur ki, hazırda həmin əhalinin həyatı Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, onlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər. 

Digər tərəfdən, işğalçı dövlət Sərsəng su anbarından suyu qışda buraxır və bunun nəticəsində torpaqlar su altında qalır, yollar dağılır, sel baş verir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsir. Bunun nəticəsində işğal altında olan illər ərzində Azərbaycan iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatına ciddi ziyan vurulub, yaşıllıqlar quruyaraq məhv olub, torpağın bioloji strukturunda dönməz proseslər baş verib, bölgədə ciddi ekoloji gərginlik yaranıb. 

Qeyd edilənlər kontekstində AVCİYA-nın həyata keçirəcəyi layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaq və s. ibarətdir.

Mən Azərbaycan nümayəndə heyətinin tərkibində AŞPA üzvüyəm. İndiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq AŞPA deputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təəssüf ki, Büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb. 

Problemin ciddiliyini nəzərə alaraq, iyun ayının 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Ümid edirik ki, Büronun növbəti iclasında bu sənəd layihəsi əvvəlki layihələrin taleyini yaşamayacaq və Büro üzvləri bununla da Avropa Şurası məkanında yeni bir mümkün olunan faciəyə biganə qalmadıqlarını nümayiş etdirəcəklər. 

Nəhayət, vurğulamaq istərdim ki, AVCİYA Sərsəng su anbarı ilə bağlı layihəyə 2013-cü ilin may ayında başlayıb və layihənin həyata keçirilmə müddəti 18 aydır. 

Qeyd edilənləri nəzərə alaraq, AVCİYA-nın prezidenti və layihənin rəhbəri kimi, AŞPA rəhbərliyini və AŞPA üzvlərini bu layihənin məqsədlərinə kömək etməyə çağırıram. 

Ümid edirəm ki, AŞPA Bürosu və Büro üzvləri Sərsəng su anbarının Ermənistanın işğalından azad edilməsi istiqamətində cəsarətli addımlar atacaq”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq