İşğaldan azad edilmiş ərazilərdən qanunsuz dəmir məmulatları daşıyan sürücü SAXLANILDI - FOTO

İşğaldan azad edilmiş ərazilərdən qanunsuz dəmir məmulatları daşıyan sürücü SAXLANILDI - FOTO
SOSİAL
13:59 06.11.2021
341
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən azad edilmiş ərazilərdən qanunsuz dəmir məmulatları daşıyan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabr ayının 6-da saat 03:00 radələrində rayonun Məmməddərə kəndi ərazisindəki stasionar postda "Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova "saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsinə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən yeddi ton dəmir məmulatları və iki baş heyvan aşkar edilib.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR