"İşğaldan azad olunmuş torpaqlara getmək istəyənlər mina təhlükəsini unutmamalıdır"

"İşğaldan azad olunmuş torpaqlara getmək istəyənlər mina təhlükəsini unutmamalıdır"
SOSİAL
17:36 06.12.2021
529
Dünya tarixi bir çox müharibələrlə yadda qalıb. Müharibələr də müxtəlif yollarla aparılır. Bunlardan ən təhlükəlisi də "mina müharibəsi”dir. Bütün müharibələrdən sonra qələbə qazanmış dövlət azad edilmiş ərazilərə öz vətəndaşlarını yerləşdirilməsini təmin etməzdən əvvəl ilk növbədə ərazidə mina təmizləmə işləri aparır.
 
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazandı. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bundan sonra təbii ki, azad edilmiş torpaqlara qayıdış prosesi baş tutur. Amma bu prosesi qısa müddətdə həyata keçirmək o qədər də asan deyil. Çünki düşmən tərəf həmin torpaqlara minalar basdırıb.

Azad edilən torpalarda bəzi mina xəritələrini düşmən tərəfi Azərbaycan əldə edilmiş razılıq əsasında təqdim edib. 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bundan başqa aparılmış danışıqlar nəticəsində son dəfə dekabrın 4-ü Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

Amma nəzərə almaq lazımdır ki, azad edilmiş torpaqlarda hələ də tank və ya piyada əleyhinə minalar xeyli sayda qalmaqdadır. Gözlə görünməyən bu düşmən oraya ayaq basan hər bir vətəndaş üçün həyatı təhlükə yaradır. Bu səbəbdəndir ki, 44 günlük müharibədən sonra icazəsiz olaraq daxil olan xeyli sayda vətəndaş həyatını itirib və ya ciddi bədən xəsarətləri alıb. Sözü gedən ərazilərə vətəndaşların icazəsi daxil olmasının qadağan edilməsi onların təhlükəsizliyi üçün nəzərdə tutulub. Bu cür məsələlərdə vətəndaşlar da dövlətə yardımçı olmalı, qanunsuz hərəkətlərlə işəri çətinləşdirməməlir. Bu, eyni zamanda vətəndaşın sağlamlığı üçün də vacibdir. Aydındır ki, Azərbaycan xalqı öz torpaqlarına ayaq basmaq üçün 30 ildir ki, həsrətlə gözləyir. Ancaq insanlar özlərini təhlükəyə atmayıb dövlətin qoyduğu qaydalara əməl etməklə bir qədər də səbr etməlidirlər ki, bütün bu proseslər başa çatdıqdan sonra qısa zaman çərçivəsində öz torpaqlarına rahat qayıda bilsinlər.
 


Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri Hafiz Səfixanov AZXEBER.COM-a açıqlamasında minalanmış ərazilərdə olan təhlükədən danışıb:

"Vətəndaşlar qanunsuz olaraq işğaldan azad olunan ərazilərə daxil olmamalıdırlar. Biz ANAMA yanında ictimai şuraya üzv olan 5 təşkilat olaraq dekabrın 3-ü və 4-ü Ağdamda, Suqovuşanda, Talışda olduq, minatəmizləmə prosesi ilə tanış olduq. Eləcə də mina təmizləyənlərlə görüşdük. Ərazidə həqiqətən də, minaların sayı həddən artıq çoxdur. Hətta elə yerlər var ki, məsələn, Talış-Tapqaraqoyunlu yolunun solunda minalar açıq-aşkar da görünür. Onlar iki xətt boyunca səpələnmiş tank əleyhinə, plastik gövdəli minalardır. Biz vətəndaşın səbrsizliyini başa düşürük, hamı öz torpaqlarına getmək istəyir, amma nəzərə almaq lazımdır ki, təhlükənin miqyası həddən artıq böyükdür. Təsəvvür edin ki, Ağdamda minatəmizləyənlər bildirdilər ki, 140 metr uzunluqda, iki metr yarım düz zolaqda 450-ə qədər piyada əleyhinə mina tapılıb və zərərsizləşdirilib. Vətəndaşlar bütün bunları nəzərə alaraq səbr və təmkin nümayiş etdirməlidirlər”.

Azərbaycan Minatəmizləmə Agentliyindən bildirilib ki, statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib. Qeyd edilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

Mina təmizləmə işlərinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə digər ölkələrin Minatəmizləmə Agentlikləri də cəlb olunub. Agentlik vətəndaşlara müraciət edərək xüsusi icazəsi olmayan şəxslərin əraziyə keçməməsini bildirib. Bu, həm vətəndaşların təhlükəsizliyi üçün, həm də mina təmizləmə işlərinə mane olmamaq üçün vacibdir.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə ""İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";" mövzusu üzrə dərc edilib. 


 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
21:49 28.10.2026
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib