İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?
SOSİAL
13:16 13.11.2026
57
Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir.

Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin və ölənlərin ümumi sayı iki dəfədən çox artıb.

İş yerlərində baş verən bədbəxt hadisələr işçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Belə hallarda zərərçəkən işçilərin hüquqlarının qorunması və onlara dəymiş zərərin qarşılanması məsələsi aktuallaşır.

Bəs iş yerində baş verən qəza nəticəsində işçi xəsarət alarsa, şirkətin üzərinə hansı öhdəliklər düşür?


 
Hüquqşünas Əkrəm Həsənov AZXEBER.COM-a açıqlamasında bildirib ki, işəgötürən belə hallarda həm zərərçəkən işçinin sağlamlığının qorunması, həm də dəymiş zərərin ödənilməsi ilə bağlı məsuliyyət daşıyır:

"İşəgötürənin öhdəlikləri aydındır. İlk növbədə, zərərçəkənə təcili tibbi yardım göstərilməli, Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməlidir. Maddi məsuliyyət məsələsinə gəldikdə isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta mövcuddur. Yəni bu sığortaya əsasən ödənişi sığorta şirkəti həyata keçirir. Həmin sığorta haqqını işəgötürən hər ay ödəyir. Lakin hadisənin baş verməsində işəgötürənin təqsiri varsa, o, sığorta ödənişindən əlavə, işçiyə dəymiş maddi və mənəvi zərəri də ödəməlidir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR