İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ

İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
SOSİAL
15:23 13.05.2025
1105
Bakı Ağır Cinayətlər Məhkəməsində Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Vaqif oğlu Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elmar Qasımov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki polis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

İş üzrə Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb. İttihama görə, təqsirləndirilən şəxs Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Sığorta Agentliyinə ümumilikdə 212 min manat maddi ziyan vurub. Agentliyin nümayəndəsi məhkəmədə müttəhimə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb.

Elmar Qasımova qarşı Cinayət Məcəlləsinin179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdü.

Xatırladaq ki, məhkəmə araşdırmaları zamanı iş üzrə şahidlərdən müttəhimi ifşa edən ifadələr vermişdilər. Şahidlərdən Mədinə Murquzova demişdi ki, Nizami rayon Dövlət Sığorta Agentliyində mütəxəssis vəzifəsində çalışıb, aylarla maaşları gecikdirilib:

"İşim icbari sığortaları sistemə salmaq olub. Müştərilərə kod verirdik, onlar gedib ödəniş edirdilər. İşin maliyyə hissəsindən məlumatım olmayıb. Ən çox Kəmalə Haqverdiyeva adlı sığorta agenti müqavilə bağlayırdı, ən çox maaş alanda o idi. Onu Elmar Qasımovun qohumu kimi tanıyırdıq. Gülayə və Kəmalə adlı şəxslər rəsmi agentlər idi. Maaşa gəldikdə isə bizim aylarla maaşımız gecikib. Səbəb kimi göstəriblər ki, baş ofis maaşları köçürmür”.

Anar Quliyev adlı iş yoldaşımızın Əmək Müfəttişliyinə şikayətindən sonra işçilərin maaşları köçürülüb. Mənim Elman Qasımovun ofisin icarə xərci adı ilə pul köçürməsindən xəbərim olmayıb. Ketrinq xidmətlərinə qaldıqda isə, mən o xidmətdən yararlanmamışam”.

Digər şahid Bəhlul Ramazanov isə ifadəsində bildirib ki, Elmarı şəxsən tanımayıb:

"Mən Sumqayıtda obyektimi həmin sığorta şirkətinə icarəyə vermişdim. Sığortanın nümayədəsi Nizami adlı şəxs ondan ofis kimi istifadə edirdi. Aylıq 1000 manat arendaya pul ödəyirdi. Bütün bu proseslərə oğlum baxırdı. Bildiyim qədərilə, ofis üçün nəzərdə tutulan bütün avadanlıqları icarəyə verdiyim məkana gətiribmiş”.

Məhkəmədə bildirilib ki, onun istintaqdakı ifadəsi ilə hazırda danışdıqları arasında ziddiyyət mövcud olub. Bu səbəbə görə şahidin ifadəsi səsləndirilib.

İfadəyə görə, imzalanan müqavələyə əsasən, şahid obyektini 3000 manata icarəyə verib. Lakin şahid bundan xəbəri olmadığını, ona 1000 manat pul ödənildiyini bildirib. Onun həyat yoldaşının adına açılmış hesabda 3 ay ərzində ödənilən 9 min manat məbləğdən xəbəri olmayıb. Ümumiyyətlə, pulu çətinliklə aldığını bildirib.

İfadəsinin elanından sonra digər hakim Novruz Kərimov Bəhlul Ramazanova kəskin suallar ünvanlayıb.

Onun halı pisləşib və məhkəmə zalında huşu gedib. Öncəki ifadə də adı çəkilən Nizami Ələmov də şahid qismində ifadə verib. O bildirib ki, Elmar ilə rəsmi müqavilə əsasında birlikdə işləyib.

Öncəki ifadəsinə görə, adı çəkilən obyekti icarəyə o götürüb:

"Mən şirkətin nümayəndəsi olaraq Sumqayıtdakı obyekti icarəyə götürdüm. Həmin məkana görə bağlanmış icarə müqaviləsində aylıq 1000 manat ödənilməsi nəzərdə tutulmuşdu. Mən 3 min ödəniş edib 3 ayın pulunu vermişəm. Sözü keçən 9 min manat Elmarın mənə komissiya borcudur. Ona görə də icarəyə ödəniş edəcəyim karta 9 min manat pul köçürüb. 6 min manat pulu özümə götürmüşəm. 3 min isə icarəyə vermişəm. İcarə sahibinin bundan xəbəri olmayıb”.

Digər şahid Xəyal Quliyev həmin agentlikdə işçi olduğunu təsdiqləyib və ifadəsində bildirib ki, maaşını çətinliklə alıblar:

"Nizami filialında direktor müavini vəzifəsində işləmişəm. Elmarı tanıyırdım. İcbari sığorta fəaliyyəti ilə məşğul olurdum. Əsasən avtomobilləri sığorta edirdik. İşə alınan dəftərxana ləvazimatlarını isə özüm alırdım”.

Şahidin ifadəsi qısa olduğu üçün onun istintaqa verdiyi məlumat da səsləndirilib. İstintaqda bildirib ki, maaşını vaxtında ala bilməyib.

Şahid bunu təsdiq edərək şirkətdən şikayət etdiyini deyib:

"Mənim və əsasən xanımlardan ibarət olan agentlərin işi müvafiq iş nömrəsini müştəriyə kodu ilə birlikdə təqdim edib ödənişini qəbul etmək olurdu. Bunun qarşılığında maaş alırdıq. Elmar Qasımov isə mənə qarşı çox haqsızlıq edirdi, aylarla maaşımı vermirdi. 800 sığorta müqaviləsinə görə 167 min manat pul köçürülmüşdü. Ancaq baş mühasiblə işləyirdi. Kəmalə Haqverdiyeva Elmar Qasımovun həyat yoldaşı olub. Bu səbəbdən şirkətdən şikayətçi olmuşam”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva