İşçisini zorladıqdan sonra yanaraq ölən baş redaktorla bağlı – AÇIQLAMA

KRİMİNAL
12:53 28.04.2014
2965

Daxili İşlər Nazirliyi baş redaktorun ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib.

Nəticədə 70 kv/m sahədə yanar konstruksiyalar və əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı evdə müvəqqəti yaşayan “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR