“İndi işim çoxdur”.
İşdən çıxarılması barədə xəbəri haqqin.az saytına şərh edən Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədov prezidentin qərarına hörmətlə yanaşdığını söyləyib.
AZXEBER.COM xəbər verir ki, bu dəfə o, qısa danışıb.
“Prezident İlham Əliyev məni hara göndərsə, ora da gedəcəyəm”, - deyə, o bildirib.
Tağı Əhmədov həmçinin qeyd edib ki, indi işi çoxdur və telefonla danışa bilmir.