İsgəndəriyyə Kitabxanasının direktoru Qarabağdan danışdı

İsgəndəriyyə Kitabxanasının direktoru Qarabağdan danışdı
Bütün Xəbərlər
15:14 10.04.2013
772
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak edəcək Isgəndəriyyə Kitabxanasının direktoru Dr. Ismayıl Seragəldin Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb: “Misir Ərəb Respublikası Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul edir və BMT-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmamasına qarşı çıxır”.Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olan Dr. Ismayıl Seragəldin bildirib ki, “biz alimlər olaraq həqiqəti gələcək nəsillərə və cəmiyyətə təhrif olunmadan çatdırmalıyıq. Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana olan torpaq iddiaları ilə başlayıb. Dağlıq Qarabağ və ona aid olan yeddi rayon - ümumilikdə Azərbaycanın 20 faiz ərazisi erməni silahlı qüvvələrinin nəzarəti altındadır".Seragəldinin fikrincə, elm həmişə ideologiyaya qalib gələcək, alimlərin həqiqətləri müəyyənləşdirərək cəmiyyətə çatdırmaqla şərq və qərb arasında bir körpü yaratmış oluruq. Dr. Seragəldin Azərbaycana, onun mədəniyyətinə və ən əsası da insanlarına, gənclərinə vurğunluğunu bildirib. Azərbaycan əhalisinin ağır müharibə şəraitindən əziyyət çəkməsinə təəssüf etdiyini bildirib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini deyib. Dr. Seragəldin dünya mədəniyyətinin incisi olan Isgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının və Misir Elmlər Akademiyasının rəhbərliyini edir.
OXŞAR XƏBƏRLƏR