Özlərini İraq Şam İslam Dövləti kimi təqdim edən İŞİD terrorçularının qurbanı bu dəfə bir uşaq olub. Terrorçular DAEŞ deyən uşağı qamçılayıb.Tükürpədici fakt İraqın Əl Anbar vilayətində qeydə alınıb. Uşağın 60 qamçı zərbəsi almasına səbəb isə terror təşkilatına "İslam Dövləti" yerinə DAEŞ deməsi olub."Əl Arabiya"nın xəbərinə görə, qamçılanan uşağın 12 yaşı olub. Şəhərin mərkəzindəki cəzanı yüzlərlə insan izləyib.DAEŞ İŞİD-ın ərəbcə qısaldılmış adıdır. Bu sözdən daha çox terrorçulara qarşı olan qüvvələr istifadə edir. Ərəb dilində bunun "nifaq salan" və ya "bir şeyi ayaq altında əzən şəxs" mənasına gəldiyi iddia edilir.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İŞİD-ı məhz belə adlandırır.