"İŞİD-dən xilas edilənlər arasında başqa azərbaycanlı uşaqlar da ola bilər" - RƏSMİ

"İŞİD-dən xilas edilənlər arasında başqa azərbaycanlı uşaqlar da ola bilər" - RƏSMİ
SOSİAL
15:39 02.10.2017
1103
"Bağdaddakı azərbaycanlı uşaqların ölkəmizə göndərilməsi üçün İraq hökumətinin qərarını gözləyirik”.
 
Bunu APA-ya Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda bu istiqamətdə əlaqədar qurumlarla işlər aparılır və siyasi qərar verilməlidir: "İŞİD-dən xilas edilən uşaqlar və valideynləri ilə bağlı rəsmi yazışmalarımızı davam etdiririk. İraq hökumətinin onların Azərbaycana göndərilməsi ilə bağlı müsbət qərarı olmalıdır. Burdakı qurumlar da bu işdə bizə köməklik göstərməyə çalışır”.
 
R. Qafarov deyib ki, Bağdadda tapılan uşaqların sırasında azərbaycanlı olduğu təxmin edilən digər kimsəsiz uşaqların da Azərbaycana qaytarılması üçün işlər görülür: "Tək Abdulla yox, azərbaycanlı olduğu güman edilən başqa kimsəsiz uşaqlar da var ki, onların da bizə təhvil verilməsi, Azərbaycana göndərilməsi üçün işlər aparırıq. Bununla bağlı İraq hökumətinə rəsmi müraciət etmişik. Uşaqların bəziləri körpədir, danışa bilmir. Sənədi olan və olmayanlar var. Buna görə bəzi çətinliklər yaranır. Elə uşaqlar var ki, valideynləri yanındadır və onlar düşərgələrdə yerləşdirilib. Valideynləri yanında olmayanlar isə kimsəsizlər sığınacağında saxlanılır. Onlar üçün hər cür şərait yaradılıb”. 
 
Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş 3 yaşlı Abdulla və onunla yanaşı digər azərbaycanlı uşaqlar Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Abdulla valideynlərinin öldüyünü bildirib. Həmin azyaşlının Azərbaycanda babası və digər qohumları olduğu müəyyənləşib.
 
Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. 
 
Azərbaycanın İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi