İŞİD-i dəstəkləyən azərbaycanlı şəhidlərimizi təhqir etdi - FOTOFAKT

İŞİD-i dəstəkləyən azərbaycanlı şəhidlərimizi təhqir etdi - FOTOFAKT
Bütün Xəbərlər
16:24 21.01.2015
2754

"Facebook" sosial şəbəkəsində yaradılan “Milleti Ibrahim” adlı səhifədə Azərbaycan dövləti əleyhinə yazılar yayımlanır. 

AZXEBER.COM xəbər verir ki, səhifədə 20 Yanvar şəhidləri açıq formada təhqir olunub. Qrupun Abu Omar adlı üzvü 20 Yanvar gününü çox ağır ifadələrlə təhqir edərək Azərbaycan xalqının azadlıq uğrunda verdiyi mübarizəyə ləkə salan qeyri-etik ifadələr yazıb. Abu Omarın səhifəsinə nəzərdə yetirərkən isə məlum oldu ki, bu adam İraq Şam İslam Dövlətinin (İŞİD) dəstəkçilərindəndir. 

Təbii olaraq hamısını olmasa da, həmin ifadələrin bəzilərini seçib yazırıq. Hesab edirik ki, bu addımlar diqqətdən kənarda qalmamalı və lazımi cavabını almalıdır.

“Bildiyimiz kimi, bu kafirlərin batil matəmlərindən biri olan 20 Yanvar matəmi gəlir. 20-25 il əvvəl bir qrur kafir digər qrup kafirdən canını qurtarmaq üçün nümayişlər etmiş, bir darul küfr olan ateist SSRİ-dən yaxasını qurtarıb digər darul küfr olan müstəqil Azərbaycan Respublikasını qurmaq üçün küçələrə tökülüblər. Kafir rus əsgərləri də gəlib bu biri kafirlərin leşini sərib yerə, gecə vaxtı harda nə avara, alkaş olub, hansı küncdə nə pozğun durub (………………red. O. burda qeyd olunan ifadələri isə etik baxımdan doğru hesab etmədiyimiz üçün yazmırıq.) hamısı gülləyə tuş gəlib gəbərib. Kafirlər bir-birlərini qırıblar. İndi bunlar öz kafirlərinin leşlərinə şəhid adı verib islamı təhqir edirlər. Suriyada vuruşub şəhid olmuş qardaşlarımıza da, küncdə bədənini satan yerdə güllələnmiş fahişəyə də şəhid demək olarmı? İnşəallah Dovlə buralara gələndə onsuz da bunların kökünü kəsəcək. Bizə Allah yetər. Sözüm budur ki, sabah camaat çoxdan partladılmalı murdar bütxana olan şəhidlər xiyabanına axın edəcək, oradakı murdar büt qəbirlərin üstünə gül qoyacaqlar və bununla da, bir daha müşrik və kafir olduqlarını sübut edəcəklər.

O murdar bütlər bir gün gələcək mücahidlərimiz tərəfindən dağıdılacaq! Yadda saxlayın ki, Qiyamət günündə hər birimizdən bu axmaq müşriklərin əməllərində onlara şərik olub-olmamağımız soruşulacaq. Sabah televizorları yerli kanallara çevirməyin, uşaqlar əgər hələ də murdar şirk ocaqları olan məktəblərə gedirsə, onları məktəbdən çəkindirin ki, fikirlərini murdar 20 Yanvar şirki ilə kirləndirməsinlər. Metrolara girməyin, orada murdar matəm musiqisi çalınacaq ki, məcbur olub haram musiqini eşitməli olacaqsınz! Allaha dua edək ki, İslam dövləti gəlib buralara da çatsın və bu murdar darul küfr İnşəallah Şəriətin Nuruna boyansın! Amin.”

Düşünürük ki, bu fikirlərlə millətimizin müqəddəs gününü, xalqın azadlıq mübarizəsini təhqir edənlərə qarşı aidiyyəti qurumlar tərəfindən lazım olan ölçülər götürüləcək. Əks halda, bu şəxslər əl-qollarını sallayıb sosal şəbəkələrdə, insanlar arasında rahatca biabırçı “təbliğatlarını” aparmaqda davam edəcəklər.

Qrupun linki: https://www.facebook.com/groups/169499419843339/

Orxan

OXŞAR XƏBƏRLƏR