İŞİD-in “müdafiə naziri” öldü

SOSİAL
10:27 15.03.2016
2711

İŞİD terror qruplaşmasının “müdafiə naziri” Əbu Umar Əş-Şişani ötən həftə aldığı yaralardan ölüb.

AZXEBER.COM  xəbər verir ki, bu barədə məlumatı CNN-ə iki amerikalı məmur təsdiq edib. Bildirilib ki, Əş-Şişani ABŞ-ın ötən həftə endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanıb.Nəticədə o, bir neçə gün koma vəziyyətində olub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun xilas etmək olmayıb.Suriya İnsan Haqları təşkilatının direktoru Rami Abdulrahman isə deyib ki, ağır yaralanan Əbu Umar Əş-Şişani nəfəs ala bilmədiyi üçün bir neçə gün süni nəfəs aparatına qoşulub: “ Lakin kliniki ölüm keçirdikdən sonra o, keçinib”.

///Azvision.az

OXŞAR XƏBƏRLƏR