İşığını kəsən mühəndisin ayaqlarını doğradı

İşığını kəsən mühəndisin ayaqlarını doğradı
Bütün Xəbərlər
16:07 25.03.2015
1310
Bakıda ev sahibinin işıq borcu onun daha bir cinayətə əl atmasına səbəb olub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Sabunçu sakini borcu olduğuna görə işığını kəsmək istəyən mühəndisin ayaqlarını doğrayıb.
Sabunçu qəsəbəsi Natavan küçəsində elektrik enerjisinə borcu olduğu üçün rayon Elektrik Şöbəsinin mühəndisi, 1980-ci il təvəllüdlü Teymur Dadaşov tərəfindən enerjisi dayandırılan zaman Tengiz adlı şəxs onun hər iki ayağından kəsici alətlə vurub. Mühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR