İşinə irad tutan müdiri öldürüb, meyiti iki gün yandırdı

İşinə irad tutan müdiri öldürüb, meyiti iki gün yandırdı
DÜNYA
00:23 15.11.2026
88
Zimbabvedə 22 yaşlı kişi işinə irad bildirən müdiri öldürüb. 

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, istintaq məlumatlarına görə, qadın işini lazımi səviyyədə yerinə yetirmədiyi üçün əməkdaşına irad bildirib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadının başına metal qabla bir neçə dəfə zərbə endirib. Aldığı zərbələr nəticəsində qadın huşunu itirib.

Şübhəli şəxs daha sonra onun üzərini çadırla örtüb. Qadının öldüyünü anladıqdan sonra isə meyitin üzərinə benzin tökərək yandırıb.

İddialara əsasən, kişi iki gün ərzində meyiti yandırıb. Daha sonra qalıqları açıq əraziyə səpib. Şübhəli şəxs hadisədən sonra qadına məxsus təxminən 1,5 ton qarğıdalını və iki mobil telefonu oğurlayıb.

O, oğurladığı qarğıdalını satıb və daha sonra kənddəki evində gizlənməyə çalışıb.

Lakin polis əməkdaşları onun yerini müəyyənləşdirərək saxlayıblar.

Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR