‘İşini bacarmayan insanlar işdən gedəcəklər’ - Yeni təhsil naziri

SİYASƏT
13:13 30.04.2013
2939

Təhsil Nazirliyində kadr islahatının aparılması hələlik nəzərdə tutulmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib. O bildirib ki, bu gün də Təhsil Nazirliyində işini bilən insanlar çalışır. "Nazirlikdə keçirilən iclas zamanı da yeni nazir bildirib ki, o, işini bacaran insanlarla çalışacaq və fəaliyyətini davam etdirəcək. Hər bir nazirin öz tələbi var. Təbii ki, zamanla işini bacarmayan insanlar işdən gedəcəklər", - Pirməmmədov deyib.

OXŞAR XƏBƏRLƏR