xari

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

GƏNCLİK
22:59 20.01.2021
354
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr edilmiş "20 yanvar – qanlı gecə” adlı onlayn konfrans keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru, Vətən Müharibəsinin iştirakçısı Rəsul Həşimov, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, "Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov iştirak edərək çıxış ediblər.

Onlayn konfransda çıxış edənlər Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd ediblər. Bildirilib ki, 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. Natiqlər milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdilər. Onlar, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəliyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, Cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını xüsusi qeyd ediblər.

"İslahatçı Gənclər” İctimai Birliyinin bir qrup üzvü daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək, 20 yanvar şəhidlərini anıblar. Ziyarətdə birliyin üzvü olan Vətən müharibəsi qaziləri və iştirakçıları iştirak edib.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:53 03.03.2021

İlham Əliyev: "Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarına qoşulacaq"

17:45 03.03.2021

Qəbələdə 63 yaşlı kişi intihar etdi

17:44 03.03.2021

İran tərəfdarı olan qruplaşma İraqda ABŞ hərbi bazasına 13 raket atıb

17:42 03.03.2021

Ankarada Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

17:38 03.03.2021

“TikTok”un bənzərinin sınaqları başladı

17:32 03.03.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

17:23 03.03.2021

Tanınmış rus şərhçisi vəfat etdi

17:19 03.03.2021

İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO

17:13 03.03.2021

"Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı

17:11 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:06 03.03.2021

İrəvanda gərginlik ən pik həddə: Snayperlər gətirildi

17:06 03.03.2021

Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var

17:03 03.03.2021

“Muğan Bank”ın zərəri getdikcə böyüyür - CƏDVƏL

16:58 03.03.2021

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

16:49 03.03.2021

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edib

16:45 03.03.2021

Prokurorluq rəisin minaya düşməsi ilə bağlı məlumat yayıb