Bu gün “İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. İB-in mətbuat xidmətinin məlumatına görə, iclasda bir sıra cari və təşkilati məsələlərlə yanaşı, təşkilatın 2013-cü ildəki fəaliyyət planı da təsdiqlənib.
Bu barədə məlumat verən İctimai Birliyinin sədri Fərid Şahbazlının sözlərinə görə, təşkilatın İdarə Heyətinin üzvlərinin yekdil rəyi ilə 2013-cü “İslahatçı Gənclər” tərəfindən Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev İli” elan edilib. Qərara gəlinib ki, il çərçivəsində Ümumilli liderlə bağlı silsilə tədbirlər reallaşdırılsın, nəşrlər dərc olunsun, gənclərin Heydər Əliyev irsini daha da dərindən öyrənməsi üçün müxtəlif istiqamətli layihələr həyata keçirilinsin. “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün İctimai Birliyin üzvlərindən ibarət İşçi qrupu da yaradılıb