İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı başlanmış “Girovları azad et!” virtual flaşmob aksiyasına qoşulub.
Bu barədə AZXEBER.COM-a məlumat verən İGİB sədri Fərid Şahbazlı deyib ki, birliyin üzvləri olan fəal gənclər Bakı şəhərinin mərkəzi küçələrində üzərində 3 dildə – Azərbaycan, ingilis və rus dillərində “GirovlarimiziAzadEt” yazılmış plakatlar tutaraq, bütün vətəndaşlarımızı soydaşlarımızın qondarma məhkəmə qarşısında mühakimə olmasına etiraza səsləyib.