'İslahatçı Gənclər' Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

GƏNCLİK
23:02 20.01.2013
1624

“İslahatçı Gənclər” İctimai Birliyinin bir qrup üzvü 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib. Onlarla gəncin qatıldığı ziyarətdə Azərbaycan bayrağı dalğalanıb, 20 yanvar və Qarabağ şəhidlərinin məzarları önünə gül-çiçək dəstələri qoyulub, onların ruhlarına dualar oxuyublar.

Ziyarət zamanı jurnalistlərə açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, 20 yanvar faciəsi Azərbaycanın qürür və qəhrəmnanlıq tarixidir: “20 yanvar Azərbaycanı dünyaya yenidən bir millət kimi təqdim edən hadisə kimi tariximizdə daim yaşayacaq. Bu prosesdə Azərbaycan xalqının qəhrəmanlığı, rəşadəti Sovet rejiminin əsarətində olan digər ölkələrin insanları üçün də bir görk oldu. Bütün təqib və təzyiqlərə, həmin vaxt vəzifə tutanların meydanı boş buraxıb qaçmasına baxmayaraq, Ulu öndər Heydər Əliyevin hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirməsi və bu hadisəni kəskin pisləyən bəyanat verməsi ciddi hadisə idi. Bu həm də Ümumilli liderin ölkəsinin, xalqının taleyinə olan həssas münasibətindən xəbər verirdi”.

OXŞAR XƏBƏRLƏR