"İslahatçı Gənclər" Slavyan Universitetinin rektoru ilə görüşüb – FOTOLAR

GƏNCLİK
11:55 01.04.2015
2138
Təşkilat BSU Sosial Məsələlər və Tələbələrlə İş üzrə Rektor müşavirliyi xidməti ilə əməkdaşlığa başladı
"İslahatçı Gənclər" İctimai Birliyinin(İGİB) İdarə Heyətinin üzvləri Bakı Slavyan Universitetinin(BSU) rektoru professor Asif Hacıyev və rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri Elcan Məmmədovla görüşüblər. Görüşdə, İGİB-lə BSU arasında qarşılıqlı əlaqələrin yaranmasının perspektivləri və əldə ediləcək nəticələr müzakirə olunub.
Professor Asif Hacıyev, gənclərin sosial məşğuliyyətlərinə yönəlik bir neçə fikirlə çıxış edərək , müəyyən tövsiyyələr çatdırıb. Universitet rektoru gənclərin layihə və fikirlərini daima dinləməyə və onlara kömək etməyə hazır olduqlarını bildirib. A.Hacıyev eyni zamanda, "İslahatçı Gənclər" İctimai Birliyi ilə əməkdaşlıq barədə məmnunluğunu ifadə edib. Rektorun sosial məsələlər və tələbələrlə iş üzrə müşaviri Elcan Məmmədov, yaxın günlərdə başlayacaq olan pilot layihə ilə bağlı öz fikirlərini bölüşüb.
İGİB sədrinin müşaviri Cavid Süleymanlı birliyin strateji hədəflərindən danışaraq, təşkilat haqqında geniş məlumat verib. C.Süleymanlı əməkdaşlıq çərçivəsində mümkün ola biləcək bir neçə ortaq layihə haqqında fikirlər irəli sürüb.
Eyni zamanda, Birliyin idarə heyətinin üzvləri Əli Fərzəliyev və Samir Hüseynov müzakirələr zamanı müxtəlif fikir və ideyalarla çıxış ediblər.
Editor.az

OXŞAR XƏBƏRLƏR