"İslahatçı Gənclər" və "Türkiyə Gənclər Birliyi" arasında memorandum imzalandı - FOTOLAR

"İslahatçı Gənclər" və "Türkiyə Gənclər Birliyi" arasında memorandum imzalandı - FOTOLAR
GƏNCLİK
16:46 16.09.2021
1866

Türkiyənin İstanbul şəhərində Türkiyə Gənclər Birliyi və Azərbaycan İslahatçı Gənclər Birliyi arasında qarşılıqlı əməkdaşlıq və əlaqələrin gücləndirilməsi məqsədilə "Qardaşlıq və Əməkdaşlıq" memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, gənclər birliklərinin birgə təşəbbüsü əsasında təşkil olunan Vətən müharibəsinə aid fotoşəkillərdən ibarət stendlərə baxış keçirilib, Azərbaycanın haqq davasında Türkiyənin ölkəmizə siyasi və diplomatik dəstəyinin əhəmiyyətindən bəhs edilib.

Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilərək, Anlaşma Memorandumu imzalanıb. Anlaşmanı İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı və Türkiyə Gənclər Birliyinin başqanı Dilək Çınar imzalayıb. 

Tədbirdə Azərbaycandakı İstanbuldakı Baş Konsulluğunun konsulu Zaur Allahverdi-zadə, QHT və media nümayəndələri iştirak edib.

Azərbaycan İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, bu memorandum və təşkil olunan fotosərgi bütün türk dünyası gəncləri üçün vacibdir.

O, bundan sonra iki ölkə arasında gənclərin mübadiləsi, elmi-sosial fəaliyyətlərinin genişləndirilməsi istiqamətində atılacaq addımlardan danışıb: "Birgə tərəfdaşlığımızın gücləndirilməsi istiqamətində təşkil olunacaq qarşılıqlı mübadilə proqramlarından başqa digər məqsədimiz isə Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirilən terror hücumları ilə Türkiyə gənclərini tanış etmək, habelə Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ zəfərindən sonra görülən abadlıq-quruculuq işlərini gənclərə çatdırmaq idi. Bu gün tədbirdə Türkiyə universitetlərindən olan fəal gənclər iştirak etdilər. Ümid edirik ki, Türkiyənin ən köklü təşkilatlarından olan Gənclər Birliyi ilə əməkdaşlığımız bundan sonra daha da güclənəcək".











OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir