"İslahatçı Gənclər"in Antalya tədbiri Türkiyə mediasında geniş işıqlandırılıb - FOTOLAR

GƏNCLİK
15:12 23.11.2018
4163
Türkiyənin Antalya şəhərində baş tutan "1 millət, 2 dövlət - Azərbaycan və Türk gənclərinin konfransı" Türkiyə mediasında da geniş işıqlandırılıb.
 
AZXEBER.COM xəbər verir ki, tədbir haqda Türkiyənin ən nüfuzlu qəzetləri: "Sabah, Hürriyet, Haberturk, Milliyet, DHA, İHA və 100-ə yaxın xəbər saytı yazıb. 
 
Yazıda Antaliya Serik Bələdiyyə başqanı Ramazan Çalığın fikirlərinə yer ayrılıb. Bələdiyyə sədri son illər hər iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq əlaqələrindən bəhs edərək bu birliyin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O, həmçinin müasir Azərbaycanın sürətlə inkişafının bütün dünyanın nəzər nöqtəsində olduğunu diqqətə çatdırıb. 
 
O bildirib ki, Azərbaycan - Türkiyə dostluq və qardaşlığının dünyada bənzəri yoxdur. 
 
Türkiyə mətbuatı İGİB sədri Fərid Şahbazlının da fikirlərinə yer ayırıb. 
 
O konfrans zamanı nümayiş etdirilən "Son iclas" filmini Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinin bütün məqamlarını mükəmməl şəkildə əks etdirən uğurlu ekran əsəri adlandırıb. O bildirib ki, bugünkü müasir və güclü Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. Qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sona ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dünya miqyasında nüfuzlu ölkəyə çevrilib.

Fərid Şahbazlı Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkərək, filmdə Azərbaycanı müstəqilliyə aparan çətin və ağır yolda qardaş ölkə - Türkiyənin dəstəyini xüsusi vurğulayıb.

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR