“İslahatçı Gənclər” İctimai Birliyi (İGİB) 2014-cü ilin yekunları ilə bağlı Dövlət gənclər siyasətinin uğurlatəbliğində xidmətləri olan və İGİB-lə səmərəli əməkdaşlıq edən bir sıra aparıcı Kütləvi İnformasiya Vasitələrinin (KİV) təmsilçiləri ilə səhər yeməyində bir araya gəlib.
Birliyin mətbuat xidmətinin məlumatına görə, görüşü giriş sözü ilə açan İGİB sədri Fərid Şahbazlı görüşə qatıldığı üçün jurnalistlərə təşəkkür edərək, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. F.Şahbazlı Azərbaycanda həyata keçirilən olduqca uğurlu dövlət gənclər siyasətindən söz açaraq, “İslahatçı Gənclər” İctimai Birliyinin fəaliyyətində media ilə əlaqələrin mühüm yer tutduğunu diqqətə çatdırıb.
Maraqlı müzakirələrlə davam edən görüşün sonunda dövlət gənclər siyasətinin uğurla təbliğində xidmətləri olan və İGİB-lə səmərəli əməkdaşlıq edən media təmsilçilərinə Fəxri Diplomlar təqdim olunub.
![](/file/pic/xeber/2014-12-15/46420.jpg)
![](/file/pic/xeber/2014-12-15/46425.jpg)
![](/file/pic/xeber/2014-12-15/46426.jpg)
![](/file/pic/xeber/2014-12-15/46427.jpg)
![](/file/pic/xeber/2014-12-15/46428.jpg)
![](/file/pic/xeber/2014-12-15/46429.jpg)
![](/file/pic/xeber/2014-12-15/46430.jpg)
![](/file/pic/xeber/2014-12-15/46431.jpg)
![](/file/pic/xeber/2014-12-15/46433.jpg)
![](/file/pic/xeber/2014-12-15/46434.jpg)
![](/file/pic/xeber/2014-12-15/46437.jpg)
![](/file/pic/xeber/2014-12-15/46439.jpg)