İslam Demokrat partiyasının sədri: 'Mən gey paradı şou proqram adlandırardım' – MÜNASİBƏT

İslam Demokrat partiyasının sədri:
Bütün Xəbərlər
16:40 11.01.2012
1972
Bu il 22 -26 may tarixlərində Bakıda beynəlxalq "mavi" paradının keçirilməsi planlaşdırılır. Bu barədə homoseksuallara məxsus “nighttours.com” saytında məlumat yerləşdirilib. Bu məlumat Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. 
AZXEBER.COM portalı məsələnin mənəvi tərəfini diqqətə alaraq, Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslının münasibətini öyrənib. 
Partiya sədri bu cür paradın keçirilməsinin biabırçılıq olduğunu söyləyib: “Azərbaycan müstəqil dövlət olduğunu dünyaya təqdim etmək istəyir. Düşünürəm ki, mentalitetimizə uyğun siyasət yeritməliyik. Dünya ölkələri ilə hesablaşmalıyıq, lakin o demək deyil ki, düşmənlərin, bizi siyasət meydanından sıxışdırmaq istəyənlərin əlinə imkanlar verməliyik. Azərbaycan dünyada yaşayan bütün insanlar üçün açıq qapıdır. Bu o demək deyil ki, bizim insanlarımıza yaraşmayan, məxsus olmayan tədbirlər paytaxt Bakımızda keçirilməlidir. Buna heç cür haqq qazandırmaq olmaz. Yeni yaranmış bir ölkə olaraq uğurlu-uğursuz addımlarımız da çoxdur. Ancaq belə bir vaxtda belə bir şouya ehtiyac yoxdur. Bizim insanlarımızın həyatında bu cür hadisələr çoxluq təşkil etmir. Maraqlısı budur ki, ümumiyyətlə bu parada gələn olacaqmı? Gənclər bu kimi tədbirlərdən necə təsirlənə bilərlər, heç bu haqda düşünən varmı ?
Tahir Abbaslı məsələnin İslami cəhətdən yolverilməz olduğunu və bu paradın keçiriləcəyi təqdirdə Azərbaycanı hər fürsətdə təhqir etməyə çalışan İrana fürsət verəcəyini qeyd edib: “İslam dini də qeyri –islami hadisələrin həyata keçirilib, reallaşdırılmasına qarşıdır. Mən gey paradı şou proqram adlandırardım. Ancaq müsəlman aləmindəki nüfuzumuza da çox böyük xələl gətirəcəyi qaçılmazdır. Hökumət belə məsələlərdə sayıq olmalıdır. Məsələn, fars molla rejiminin əlində bu paraddan sonra sənəd olacaq ki, Azərbaycan müsəlman ölkəsi deyil. Bizi dinsiz olmaqda günahlandıracaqlar. Avropanın bu kimi təzyiqləri görünməmiş deyil. Bir tərəfdən Azərbaycan istəyir ki manevr etsin. Həm Azərbaycan, həm də Avropa unutmamalıdır ki, “hər evin öz mətbəxi olduğu kimi”, hər yerin də öz insanları , öz xüsusiyyətləri vardır. Avropanın əsas məqsədlərindən biri də bizi müsəlman dünyasından ayırmaqdır. Unutmamalıyıq ki , müsəlman aləminə xidmətlərimiz danılmaz fakt olaraq tarixə yazılıb. Bu paradın həyata keçməsi ilə həm də tariximizə Avropanın istədiyi silinməz ləkə yazılmış olacaq”.Partiya sədri sonda “İslam Demokrat Partiyası” nın bununla bağlı öz şikayətini bildirəcəyini də inkar etməyib: “İslam Demokrat Partiyası” olaraq biz Siyasi Şuranın toplanmasını gözləyirik .Bütün irad və təkliflərimizi, şübhəsiz bildirəcəyik. Bu məsələnin ciddiliyinə və həssaslığına hamı bir olub yanaşmalıdır. Maneələri qırmaq, birgə irəliləmək vaxtıdır. İnsanlarda ruh yüksəkliyi yaratmaq lazımdır,onları qələbəyə kökləmək lazımdır. Müxalif fikirli insanların hüquqları təmin edilmir, hər hansı bir tədbiri keçirilməsinə icazə verilmir və onlar həbs edilir. Bəs xeyir ola bu cür parada şərait yaradılır? Məgər onların hüquqları hüquq deyilmi?Gülnarə Bayramova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü