“İslam Həmrəyliyi İli” beynəlxalq jurnalist təşkilatlarının diqqətində - FOTO

“İslam Həmrəyliyi İli” beynəlxalq jurnalist təşkilatlarının diqqətində - FOTO
GƏNCLİK
12:24 19.12.2017
2510

Azərbaycanda 2017-ci il "İslam Həmrəyliyi İli” və ölkəmizin İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər İslam ölkələri mediasının diqqətindədir.

AZXEBER.COM xəbər verir ki, bu dəfə Pakistan Yazarlar Şurasının rəsmi portalı və Asiya Jurnalistlər Assosasiyasının "The Asian News Network” portalı Azərbaycanda "İslam Həmrəyliyi İli” ilə bağlı yazı dərc edib.

Dərc edilən məqalələrdə qeyd olunur ki, bu gün İslam dünyası ciddi problemlər və münaqişələrlə çalxalanır, bir sıra müsəlman ölkələrində müharibələr davam edir və günahsız insanlar qətlə yetirilir. Jurnal bu xüsusda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın problemlərini nümunə kimi göstərir.

Dərc olunan yazılarda "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. Fərid Şahbazlı açıqlamasında qeyd edib ki, bugün İslam ölkələrində yaşanan hadisələr, İslam dinini dünyaya terror dini kimi təqdim etmək cəhdləri müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsini zəruri edir. O qeyd edib ki, Azərbaycan müsəlman dövləti olaraq, İslam həmrəyliyinin gücləndirilməsi, onun sülhpərvər mahiyyətinin dünyaya təqdim edilməsi üçün mühüm addımlar atır: "Bu məqsədlə 2017-ci il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli” elan edilmiş, Bakı 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir. "İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda təşkil edilən böyük tədbirlərdə iştirak edən, eyni zamanda Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına qatılan müsəlman ölkələri bütün dünyaya sülh və sabitlik mesajı vermişdir”.

F.Şahbazlının sözlərinə görə, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığı bərqərar olmuş, dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görülmüşdür. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır: "Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və dəstəyi ilə Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir. 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili”, 2017-ci ilin isə "İslam Həmrəyliyi İli” elan edilməsi sübut edir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət modeli yaratmaq və bunu bütün dünyaya təqdim etmək mümkündür”.

F.Şahbazlı daha sonra bildirib ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. O vurğulayıb ki, müstəqil Azərbaycan daima İslam dünyası isə əlaqələrə xüsusi diqqət ayırmışdır: "Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Ölkəmiz bundan sonra da İslam dünyasının ümümbəşəri və sülhpərvər dəyərlərinin təbliği işində müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edəcəkdir”.

Qeyd edək ki, bundan öncə Pakistanın nüfuzlu ingilisdilli "Daily Times” qəzeti, "Global Affairs” jurnalı, "Times” Beynəlxalq informasiya agentliyi, MN internet televiziyasının saytı, Əfqanıstanın çoxtirajlı ingilis dilində dərc edilən "Afganishtan Times” qəzeti, Şimali Kipr Türk Respublikasının "Kıbrıs Həqiqət” qəzeti "İslam Həmrəyliyi İli” ilə bağlı yazılar dərc edərək, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayırmışdır.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr