“İslamofobiya tendesiyalarına qarşı İƏT çərçivəsində səylərin gücləndirilməsi çox vacibdir” - Elmar Məmmədyarov

SİYASƏT
11:49 10.12.2013
914

Azərbaycan hər zaman dini ayrı-seçkilik və nifrətə təhrikə qarşı ciddi mübarizə aparmağa çağırış edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar MəmmədyarovQvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında çıxışında deyib.

O bildirib ki, bu gün islamofobiya tendensiyaların qarşısını almaq üçün İƏT çərçivəsində səylərin gücləndirilməsi çox vacibdir:

“Müsəlmanlara qarşı islamofobiya qəbuledilməzdir, bu, müsəlman ölkələri arasında dialoq və həmrəylin gücləndirilməsini zəruri edir”.

E.Məmmədyarov deyib ki, Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmaq, sülh, sabitliyə nail olmaq üçün mübarizədə qardaş Fələstin xalqına tam dəstəyini ifadə edir. Nazir Fələstinə dəstək məqsədi ilə cari ilin iyun ayında Bakıda İƏT nazirləri səviyyəsində keçirilən konfransa diqqət çəkib.

“Bu konfrans zamanı ölkəmiz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün, Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) nümayəndə heyəti zəruri sosial layihələrin reallaşdırılması məqsədilə hazırda Fələstin hökuməti və BMT agentlikləri ilə görüşlər keçirir”.

XİN rəhbəri həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və həmin ərazilərdə etnik təmizləmənin həyata keçirilməsini xatırladaraq, İƏT-ə bu məsələdə ölkəmizə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

“Biz İƏT dövlətlərinə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarına dair mövqelərinə görə minnətdarlığımızı bildiririk, hansıki bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq qurumların sənədləri də tələb edir”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır