“İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” 07 noyabr 2013-cü il tarixində “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” layihəsinin növbəti təlimi Ismayıllı şəhər 1 saylı məktəbində keçırildi.
Təlimdə İsmayıllı rayon 1saylı saylı məktəbin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edirdilər. Təlim zamanı şagirdlərə sosial şəbəkələr haqqında geniş məlumat verən təlimçi iştirakçıları maraqlandıran sualları da cavablandırdı,iştirakçılar üçün öncədən hazırlanmış slaydlar nümayiş olundu .Təlim zamanı iştirakçılara buklet və broşurlar paylandı.Gənclər Fondunun logosu olan köynəklər fəal iştirakçılara təqdim olundu və fotolar çəkildi. Təlim zamanı 1 saylı məktəbin 9-cu sinif şagirdi E. Abdullayev öz bloqunu iştirakçılara təqdim etdi. İştirakçılara bloq yaradılması öyrədildi, sosial şəbəkələrin imkanları barədə slaydlar təqdim olundu.Təlimin sonunda müzakirələr zamanı fəal iştirak edən gənclərdən “İnnovativ Gənclər” birliyinə yeni üzvlər seçildi.
![](/file/pic/xeber/2013-11-25/79578.jpg)
![](/file/pic/xeber/2013-11-25/79579.jpg)
![](/file/pic/xeber/2013-11-25/79585.jpg)
![](/file/pic/xeber/2013-11-25/79587.jpg)