İsmayıllı rayonunda iş axtaranlara - ŞAD XƏBƏR

İsmayıllı rayonunda iş axtaranlara -  ŞAD XƏBƏR
Bütün Xəbərlər
12:46 30.04.2014
811
200-dən çox vakant iş yeri təklif olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti iş axtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə respublikanın bölgələrində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarını davam etdirir. Növbəti əmək yarmarkası mayın 1-də İsmayıllı rayonunda keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yerinin çıxarılması nəzərdə tutulur.
Həmçinin yarmarkada boş iş yerləri təklif edilməklə yanaşı, iş axtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyata alınması da təmin ediləcək.
Qeyd edək ki, cari ilin may ayında Yardımlı, Qobustan, Şəki rayonlarında və Naftalan şəhərində, növbəti aylarda digər bölgələrdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR