İsmayıllıda toyda 4 nəfər bıçaqlandı - Biri bəydir

İsmayıllıda toyda 4 nəfər bıçaqlandı - Biri bəydir
HADİSƏ
08:46 29.09.2025
318
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, insident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib.

Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri - 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR