İsmayıllıda evdən qaçan gəlinin məktubu tapıldı

İsmayıllıda evdən qaçan gəlinin məktubu tapıldı
SOSİAL
18:33 09.08.2019
3375

İsmayıllının Qalınçaq kəndindən yoxa çıxan 3 uşaq anasının yazdığı məktub tapılıb.

Gəlinin qohumlarından "Qafqazinfo"ya verilən məlumata görə, 2007-ci ildə Göyçayın Mallı Şıxlı kəndindən İsmayıllının Qalınçaq kəndinə gəlin köçən və hazırda 3 uşaq anası olan Pərvanə Bədəlova ötən ayın 28-i gecə saatlarında uşaqlarından birini götürərək evdən gedib.

Qohumların sözlərinə görə, P.Bədəlovanın anası qızının yoxa çıxmasından sonra məktub tapıb. Məktubda "Məndən nigaran qalmayın, gəlib o biri uşaqlarımı da aparacam" yazılıb.

Hazırda İsmayıllı rayon polis şöbəsində Pərvanə Bədəlova  itgin düşmüş  şəxs elan edilərək, tapılması üçün zəruri tədbirlər həyata keçirilir

OXŞAR XƏBƏRLƏR