“Bu həyat çox haqsızdır...”.
İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
AZXEBER.COM-un məlumatına görə, Oxu.Az-a İsmayıllı rayon polis şöbəsindən verilən məlumata görə, rayonun Aşağıbaş kənd sakini Tofiq Adıgözəlov özünü asaraq intihar edib.
Əldə etdiyimiz məlumata görə, gənc ölümündən 30 dəqiqə öncə sosial şəbəkədə - Facebook-da həyatın haqsız olduğunu qeyd edib və bununla bağlı status paylaşıb:
“Bu həyat çox haqsızdır, çünki pulu, varı olana üstünlük verirlər”.
İntihar hadisəsini Oxu.Az-a İsmayıllı rayon prokurorluğundan təsdiq ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.










