İsmayıllıda gərginlik davam edir, əhali yenidən küçələrdə
Bütün Xəbərlər
20:00 24.01.2013
4717
İsmayıllıda hava qaraldıqdan sonra şəhərin mərkəzində həyəcanlanma və gərginlik daha da artıb.İnsanlar 15-20 nəfərlik qruplarla rayon mərkəzinin əsas meydanlarına toplaşmağa cəhd göstərirlər.Onların ümumi sayının hələlik 200 nəfərdən bir az artıq olduğu deyilir. Vətəndaşlar rayon mərkəzindəki məscidin önünə toplanıblar. Artıq toplumun içərisindən “istefa” şüarları səsləndirilməyə başlanıb. Polisə isə döyüş hazırlığı əmri verilib. “Toqquşma ehtimalı böyükdür, çünki camaat polisin meqafonla etdiyi xəbərdarlıqlara baxmayaraq, dağılışmır”, deyə müxbirimiz yaranan vəziyyəti dəyərləndirib.Bu cümlələri deyərkən, onun telefonundan atəş səsləri gəlməyə başladı. “Səs bombası atırlar”, deyə müxbirimiz bildirdi. Az sonra isə məlumat aldıq ki, əraziyə toplaşanlar polis gücü tərəfindən oradan uzaqlaşdırılıb.Qeyd edək ki, artıq İsmayıllıya çox sayda hərbi texnika və canlı qüvvə yeridilib./musavat.com/