İsmayıllıda maşın piyadanı vuraraq öldürüb

İsmayıllıda maşın piyadanı vuraraq öldürüb
HADİSƏ
10:19 07.02.2026
281
Bu gün 02:00 radələrində Zaur Bilalov idarə etdiyi "Opel” markalı avtomobillə İsmayıllı rayonunun Xanagah kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 1989-cu il təvəllüdlü 36 yaşlı Cavad Xəlilovu vurub.

AZXEBER.COM APA-nın Şirvan bürosuna istinadən xəbər verir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR