AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.