İşğaldan azad olunmuş ərazilərdə media yayımı və resurslarının fəaliyyətə başlaması barədə hələ ki müraciət daxil olmayıb.
Bunu Audiovizual Şurasının sədri İsmət Səttarov qurumun hesabat brifinqində deyib.
Şura sədri qeyd edib ki, həmin ərazilərdə hansısa regional özəl telekanalın qurulması məqsədəuyğun olmaya bilər:
"Orada dövlət televiziya və radio yayımları daha uyğun olar".