İsmət Yılmaz Naxçıvana gəlir

İsmət Yılmaz Naxçıvana gəlir
Bütün Xəbərlər
15:10 09.05.2014
1068
Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına səfərə edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verirən məlumata görə, Türkiyə müdafiə naziri İsmət Yılmazın Naxçıvan səfəri mayın 14-15-nə planlaşdırılır.Qeyd edək ki, bir müddət bundan öncə, Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə Gelibolu yarımadasındakı Tarixi Milli Parkda yerləşən Şəhidlər abidəsi önündə beynəlxalq anma mərasimi keçirilib.30 ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb.Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olub. Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşların nümayişi ilə davam edib.
OXŞAR XƏBƏRLƏR