İspaniya Kuboku: 'Valensiya' 'Barselona'ya rəqib oldu
İDMAN
13:17 27.01.2012
1568
“Valensiya” klubu İspaniya Kubokunda Valensiyanın daha bir komandasını - “Levante”ni məğlub edib və yarfmfinala çıxıb. Növbəti mərhələdə “Valensiya” ilə “Barselona” qarşılaşacaq. “Levante”nin ev sahibi olduğu cavab qarşılaşması “Valensiya”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbəni Ariç Adurisin 25-ci dəqiqədə vurduğu qol və Pablo Pyattinin dublu (30-cu və 85-ci dəqiqələr) gətirib. İlk oyunda “Valensiya” 4:1 hesabı ilə qalib gəlmişdi. Komanın yarımfinaldakı rəqibi bir gün əvvəl “Real”ı mübarizədən kənarlaşdıran “Barselona” olacaq. Digər yarımfinal qarşılaşması isə Bilbaonun “Atletik” və İspaniyanın üçüncü divizionunu təmsil edən “Mirandes” arasında keçiriləcək. Miranda-de-Ebro şəhərinin komandası əvvəlki mərhələlərdə yüksək divizionün üç komandasını - “Vilyarreal”, “Rasinq” və “Espanyol”lu yarışlardan kənarlaşdırmağa müvəffəq olub.