İspaniyada futbol klubunun baş məşqçisi öldü - koronavirusdan

İspaniyada futbol klubunun baş məşqçisi öldü - koronavirusdan
DÜNYA
20:10 16.03.2020
4089

İspaniyanın "Atletiko Portande Alta” futbol klubunun 21 yaşlı məşqçisi Fransisko Qarsiya koronavirusdan ölüb.

AzxeberSport xəbər verir ki, bu barədə yerli "Marca” nəşri məlumat yayıb.

Klubun uşaq komandasının hazırlığı ilə məşğul olan Qarsiya həmçinin xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ancaq COVID-19 tapılana qədər ispan məşqçinin vəziyyəti stabil olub.

"O, dörd il idi ki, klubda idi. Uşaqları öz balası kimi sevirdi. O, futbolu xoşlayırdı. Hələ də onun öldüyünə inana bilmirik”, - deyə "Atletiko Portande Alta” futbol klubunun prezidenti Xose Buenyo bildirib

OXŞAR XƏBƏRLƏR