İspaniyanın Pamplona şəhərində keçirilən məşhur San Fermin festivalı zamanı dəhşətli anlar yaşanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, festivalın ikinci günündə təşkil olunan buğa qaçışı zamanı buğalardan biri iştirakçılara hücum edib.
Hadisə nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilib.
Hər il təşkil olunan bu ənənəvi tədbirdə buğalar şəhərin küçələrinə buraxılır və təxminən 4 min iştirakçı buğalarla birlikdə 850 metrlik məsafəni 3 dəqiqə ərzində qaçaraq arenaya doğru hərəkət edir. San Fermin festivalı çərçivəsində səhər saatlarında buğa qaçışları, günorta saatlarında isə buğa döyüşləri keçirilir. Bundan əlavə, hər saat başı musiqi, rəqs və dini mərasimlərlə müşayiət olunan müxtəlif tədbirlər təşkil olunur.
Qeyd edək ki, 1911-ci ildən bəri keçirilən bu festival zamanı 16 nəfər həyatını itirib. Son ölüm halı isə 2009-cu ildə qeydə alınıb.
Oksana