AZXEBER.COM xəbər verir ki, bu barədə El Mundo nəşri məlumat yayıb.
Məlumata görə, Madrid muxtar bölgəsində fövqəladə vəziyyət rejimi elan olunub. Güclü külək və yanğınsöndürmə resurslarının çatışmazlığı səbəbindən alovun lokallaşdırılması hələ də mümkün olmayıb.
Paytaxt rəhbərliyi baş verənləri Madrid tarixində qeydə alınan ən ciddi meşə yanğınları kimi qiymətləndirib.
Yerli KİV-in məlumatına əsasən, təhlükəsizlik məqsədilə Madriddə yerləşən NASA kompleksinin əməkdaşları da təxliyə olunub.
//apa











































